26 aprel 2022 14:04
751

Azərbaycanın voleybol komandasının AVRO-2022-dəki rəqibləri bəlli olub

22 yaşadək kişi voleybolçulardan ibarət Azərbaycan millisinin AVRO-2022-də rəqibləri bəlli olub.

“İki sahil” xəbər verir ki,  Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq yığma Kosova, Niderland və Slovakiya ilə birgə E qrupunda yer alıb.

Eldar Əliyevin baş məşqçisi olduğu komanda ilk matçını mayın 20-də Kosova millisinə qarşı keçirəcək. Voleybolçular ertəsi gün Niderlandla, mayın 22-də isə Slovakiya ilə üz üzə gələcək. Komandamızın oyunları Bakı vaxtı ilə 21:00-da başlayacaq. Görüşlərə Kosova ev sahibliyi edəcək.

Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.

AVRO-2022, Təsnifat mərhələsi
E qrupu
20 may
21:00. Azərbaycan – Kosova
21 may
21:00. Niderland – Azərbaycan
22 may
21:00. Slovakiya – Azərbaycan