26 aprel 2022 14:09
916

İtaliya millisi ilə vidalaşır

"Yuventus"un futbolçusu Corco Kyellini bu yay İtaliya millisindəki karyerasını başa vuracaq.

“İki sahil” xəbər verir ki, bu barədə 37 yaşlı müdafiəçi İtaliya A seriyasının 34-cü turunda "Sassuolo"ya 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra bildirib. O, iyunun 1-də Argentinaya qarşı keçirəcəyi yoxlama görüşünün millidəki son oyunu olacağını söyləyib. Kyellini klubdakı karyerasını isə davam etdirəcəyini söyləyib.

Qeyd edək ki, Kyellini 2004-cü ildən İtaliya millisində oynayır. O, yığma ilə Avro-2020-nin qalibi olub.