25 aprel 2022 17:45
1042

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan onun Ana dilidir

Azərbaycan dilinə dövlət dili statusu verilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Doğma Azərbaycanı canından da artıq sevən bir övlad kimi deyirəm ki, Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycan Respublikası da olmazdı. Məhz onun zəkası,gərgin əməyi sayəsində dünyada demokratiyanı dəstəkləyən Konstitusiyamız ümumxalq səsverməsi yolu ilə təsdiq olunub.Xalq Kiril əlifbasından latın qrafikasına keçib.

“Oz ana dilini bilməyən insanlar şikəst insanlardır ”- deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinə sevgi və ehtiramını; “Mən müəllimdən yüksək ad tanımıram ” deməsi ilə təhsilə,elmə qayğısını;  “Uşaqlar bizim gələcəyimizdir ” aforizmi ilə uşaqlara, gənclərə diqqətini, məhəbbətini; ”Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir ” qətiyyətli cavabı ilə mənfur düşmənlərə sərtliyini; “Azərbaycanın müstəqilliyi daimidir,əbədidir və dönməzdir ” sözləri ilə Azərbaycanın adını uca tutmasını, onu varlığı ilə sevməsini sübut etdi.

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanımızın qurucusudur. Müstəqilliyimizin atributlarından olan dilimiz və onun qorunması onun diqqət mərkəzində oldu.1995-ci il 12 noyabrda qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə əsasən,ana dilimizin doğma adının bərpa olunması haqqında qanun qəbul edildi. Azərbaycan dili Ümummilli Lider Heydər Əliyev dili, xalqımızın dili, bütün ölkənin müqəddəs dilidir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dili ilə bağlı “ Azərbaycan Respublikasında dövlət dili haqqında ” Qanuna imza atması çox mətləblərdən xəbər verdi.Bu qanun çox vacib problemin həll yollarını göstərdi.
2001-ci il tarixdə “ Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında” fərman imzalandı.
Ulu Öndər Heydər Əliyev ciddi-cəhdlə çalışaraq Azərbaycan dilini əsl mənəvi sərvət kimi aşkarladı və bildirdi ki: “Dil hər bir millətin milliliyinin əsasıdır“.

Öz dilini çox sevən Ulu Öndər Heydər Əliyev deyirdi: “ Bizim dilimiz Azərbaycan dilidir! Biz Azərbaycanlıyıq! Respublikamız Azərbaycandır! Azərbaycan dilinin mənşəyi türk dillərindən gəlir “.Türk mənşəli Azərbaycan dilini özümüzün dilimiz adlandıran Ulu Öndər Heydər Əliyev dilimizin zənginliyini xüsusi qeyd etmişdir.Azərbaycan dilinin mənşəyi türk dilindən gəlsə də, öz ayrıca dilimizin olduğunu, bu dili hamımızın sevməli olduğumuzu tələb etmişdir.Keçmiş sovetlər ərazisində olan 23 dildən birinin də Azərbaycan dili olduğunu, ancaq bu dilin türk yox, Azərbaycan Respublikasının dili olduğunu, yalnız özümüzün dilimiz olduğunu, heç kimin belə zəngin, varlı dili olmadığını söyləmişdir.                 
Türk mənşəli xalqıq. Ancaq bu 23 dil kimi, bizim də özümüzün dilimiz var.Biz öz  dilimizi gedib heç bir başqa dilə nə qarışdırmalıyıq, nə də ona yapışdırmalıyıq,qoşmalıyıq. Bu dil də bizim dilimizdir. Bizim özümüzün dilimiz var.Mən bunu demişəm,yenə də deyirəm: “ Başqa dillər ola bilər, türk dili qrupuna mənsub olan dillər ola bilər, bizə həsəd apara bilərlər ki, bizim dilimiz nə qədər zəngindir. Hər bir dilə mən hörmət-ehtiramı bildirirəm, amma öz dilimizlə, Azərbaycan dili ilə hesab edirəm ki, hər birimiz fəxr edə bilərik, çünki bu zəngin dildir.Dünyada artıq tanınmış dildir. Xalqımızın adı da tanınıb,Respublikamızın adı da tanınıb,dilimizin adı da tanınıb ”.
 Azərbaycan dilini, Azərbaycan adlı bir ölkəni çox sevən Ulu Öndər Heydər Əliyev ən böyük arzularından biri bu olub ki,qaçqınları və didərginləri doğma torpaqlarına qaytarsın, Azərbaycanın zümrüd qaşı, baştacı olan Şuşada üçrəngli Azərbaycan bayrağı dalğalansın, Cıdır düzündə, İsa bulağında “ Vaqif poeziya günləri “ keçirilsin. Bir sözlə, işğal altında inləyən nigaran ruhların harayına son qoyulsun.Qarabağın əvvəlki növrağı özünə qayıtsın, çal-çağırlı günləri başlansın.
Bəli,Ulu Öndərimizin bütün arzuları onun varisi, Cənab Prezidentimiz İlham Əliyevin “ Dəmir yumruğu “ sayəsində həyata keçirilib.
Bu il məhz “ Şuşa İli “dir. Doğma Azərbaycan dilimizin təntənəsi özünü göstərmiş, Şuşada “ Vaqif poeziya günləri“ , musiqi festivalları keçirildi, xarıbülbül hamını qarşıladı, Şuşa məscidində namaz qılındı, azan səsləndi, Şuşam artıq öz doğma sakinlərini qarşıladıqca sevindi.Mən dərhal düşündüm ki, Ulu Öndərimiz Heydər Əliyevin ruhu sevindi.
Bizimlə hər zaman yaşayacaqsan,Ulu Öndərimiz! 
Biz də ömrünün qalan illərini həsr etdiyin Azərbaycanı,türk dilləri ailəsinə daxil olan,ancaq özümüzün dilimiz olan Azərbaycan dilini hər zaman sənin qədər sevəcəyimizə söz veririk ! 

Günel Alməmmədova, 
Yasamal rayon 173 nömrəli tam orta məktəbin ərazi partiya təşkilatının sədri