"Barselona"nın baş məşqçisi Xavi Ernandes ötən gecə La Liqanın 21-ci turunun təxirə salınmış görüşündə "Rayo Valekano"ya uduzmaları (0:1) barədə danışıb.
"İki sahil" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərə açıqlamasında səhvə yol verdiyini etiraf edib: “Mən bir məşqçi kimi səhv etdim. İndi də bunu demək üçün buradayam. Düşünürdüm ki, artıq işi bacardım. Amma sonda futbolçuları motivasiya edə bilmədim. Fasilə zamanı onlarla danışanda fikirləşdim ki, biz çox narahatıq və bunun əvəzini birinci hissədə ödədik. İkinci hissədə hər şey fərqli oldu. Lakin bu, bizə kömək etmədi. Çox yorulduq, oynadıq, amma qol vura bilmədik. Mübarizəni davam etdirməli və ən azı ikinci yeri tutmalıyıq”.
Qeyd edək ki, La Liqanın turnir cədvəlinə 78 xalla "Real" liderlik edir. "Barselona" 63 xalla 2-ci, eyni xalı olan "Sevilya" isə 3-cüdür.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir