"Atletiko" 2021/22 mövsümünün sonunda futbolçusu Luis Suareslə yolları ayıracaq.
“İki sahil” xəbər verir ki, bu barədə AS məlumat yayıb. Madrid təmsilçisi uruqvaylı hücumçu ilə müqaviləni yeniləməyəcək. O, bu mövsümün sonunda azad agent kimi komandanı tərk edəcək.
Qeyd edək ki, 35 yaşlı forvard 2020-ci ildən "Atletiko"da oynayır. O, bu mövsüm yerli çempionatda 29 matçda 11 qol vurub və 2 qolun ötürməsini verib. Futbolçunun İspaniya klubu ilə müqaviləsi yayda başa çatacaq.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir