"Bavariya"nın idman direktoru Hasan Salihamidzic Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haalandı transfer edəcəkləri ilə bağlı iddialara münasibət bildirib.
“İki sahil” xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bu məlumatların doğru olmadığını deyib: "Komandamızda dünyanın ən yaxşı hücumçusu var. O, Robert Levandovskidir. Bu cür xəbərlərin mənası yoxdur”.
Qeyd edək ki, Haalandla "Real" da maraqlanır.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir