Sumqayıt şəhərində yeni stadionun tikintisi bu ilin sonuna kimi yekunlaşa bilər.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yerində tikilən idman arenasında işlər davam etdirilir.
“İki sahil” xəbər verir ki, bunu Sumqayıt stadionunun direktoru Nadir Quliyev deyib.
Onun sözlərinə görə, bir müddət idi ki, stadionda işlər dayanmışdı.
"İşlərə yenidən başlamışıq. Stadionun tikintisinin bu ilin sonuna kimi yekunlaşması nəzərdə tutulub. Şəhərin əsas stadionu beynəlxalq standartlara uyğun inşa edilir. Əvvəl stadionun azarkeş tutumu 16 min idi. Yeni stadionda isə bu rəqəm 10 min olacaq. Bunun da səbəbi odur ki, əvvəllər oturacaqlar taxtadan idi, təzə stadionda isə beynəlxalq standarlara uyğun kreslolar quraşdırılacaq", - deyə N.Quliyev bildirib.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir