24 aprel 2022 22:51
983

Ramella Məmmədova: Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb

Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu artır, müsbət maraqlar və əməkdaşlıqlar məkanı genişlənir, müxtəlif dost ölkələrlə münasibətlər keyfiyyətcə yeni səviyyəyə qədəm qoyur. Dövlətimiz əməkdaşlıqlar sferasında ortaq mədəniyyətə və ortaq tarixə malik türk dövlətlərinə həssas bir münasibətlə yanaşır. Bu mənada hazırkı durumda yüksək şəkildə inkişaf edən Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə çatması təbiidir, gözləniləndir.

Yaxın günlərdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfər etməsi ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə əsaslı zəmindir. Bu rəsmi səfər çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.

Ölkələrimiz arasında Dövlətlərarası Şuranın yaradılması Azərbaycan-Qırğızıstan əməkdaşlığının səmərəliliyini artıran başlıca amillərdəndir. Çünki, Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaqdır.

Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir.

Nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır.

Prezident İlham Əliyevin apardığı uğurlu enerji siyasəti, ölkəmizdə enerji təhlükəsizliyinin təminatı istiqamətində mühüm addımların atılmasına, enerji sektorunun inkişafına və möhkəmlənməsinə səbəb olmuşdur. Hazırkı durumda Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac var. Dövlətimiz hər zaman səmərəli əməkdaşlığa hazır bir dövlətdir.

Azərbaycan-Qırğızıstan münasibətlərində kənd təsərrüfatı sahəsi perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Əminik ki, bu səfər ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində mühüm əməkdaşlıqlara şərait yaradacaqdır.

Qırğız və Azərbaycan xalqlarının qədim tarixi köklərə bağlanan ortaq tarixi və mədəni irsi vardır. Bu baxımdan humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləmişdir. Bu dəstək qardaşlığın, dostluğun, birliyin əlamətidir. Əminik ki, tarix “Şuşa Bəyannaməsi”nin şahidi olan doğma Şuşamız tezliklə bütün türk dünyasının mədəniyyət, qardaşlıq, birlik, əRamella Məmmədova: Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb.

Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu artır, müsbət maraqlar və əməkdaşlıqlar məkanı genişlənir, müxtəlif dost ölkələrlə münasibətlər keyfiyyətcə yeni səviyyəyə qədəm qoyur. Dövlətimiz əməkdaşlıqlar sferasında ortaq mədəniyyətə və ortaq tarixə malik türk dövlətlərinə həssas bir münasibətlə yanaşır. Bu mənada hazırkı durumda yüksək şəkildə inkişaf edən Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə çatması təbiidir, gözləniləndir.

Yaxın günlərdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfər etməsi ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə əsaslı zəmindir. Bu rəsmi səfər çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.

Ölkələrimiz arasında Dövlətlərarası Şuranın yaradılması Azərbaycan-Qırğızıstan əməkdaşlığının səmərəliliyini artıran başlıca amillərdəndir. Çünki, Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaqdır.

Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə bir-birini dəstəkləyir.

Nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır.

Prezident İlham Əliyevin apardığı uğurlu enerji siyasəti, ölkəmizdə enerji təhlükəsizliyinin təminatı istiqamətində mühüm addımların atılmasına, enerji sektorunun inkişafına və möhkəmlənməsinə səbəb olmuşdur. Hazırkı durumda Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac var. Dövlətimiz hər zaman səmərəli əməkdaşlığa hazır bir dövlətdir.

Azərbaycan-Qırğızıstan münasibətlərində kənd təsərrüfatı sahəsi perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Əminik ki, bu səfər ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində mühüm əməkdaşlıqlara şərait yaradacaqdır.

Qırğız və Azərbaycan xalqlarının qədim tarixi köklərə bağlanan ortaq tarixi və mədəni irsi vardır. Bu baxımdan humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləmişdir. Bu dəstək qardaşlığın, dostluğun, birliyin əlamətidir. Əminik ki, tarix “Şuşa Bəyannaməsi”nin şahidi olan doğma Şuşamız tezliklə bütün türk dünyasının mədəniyyət, qardaşlıq, birlik, əməkdaşlıq, bölünməzlik simvoluna çevriləcəkdur.

Ramella Məmmədov, 
Füzuli RTŞ-nin müdiri