Futbol üzrə Macarıstan çempionatının qalibi bəlli olub.
“İki sahil” xəbər verir ki, "Ferentsvaroş" sona 4 tur qalmış titula sahib çıxıb.
Stanislav Çerçesovun baş məşqçi olduğu komanda XXIX turda evdə "Uypeşt"ə 2:1 hesabı ilə qalib gəlib və xallarının sayını 62-yə çatdırıb.
49 xalla 2-3-cü yerləri bölüşdürən "Kişvarda" və "Puşkaş Akademiya"sının liderə çatmaq üçün riyazı şansı qalmayıb.
Qeyd edək ki, "Ferentsvaroş" tarixində 33 dəfə ölkə çempionu adını qazanıb. Komanda növbəti mövsüm UEFA Çempionlar Liqasında səpələnmişlər səbətində yer alacağından, I təsnifat mərhələsində Azərbaycan təmsilçisi ilə qarşılaşmayacaq.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir