Futbol üzrə Türkiyə Super Liqasında 34-cü turun oyunları keçirilir.
Bazar günü dörd görüş reallaşıb.
“Antalyaspor” – “Kayserispor” qarşılaşması qollu bərabərliklə bitib. Beş qolun qeydə alındığı “Yeni Malatyaspor” – “Konyaspor” matçında 3 xal qonaqların olub.
“Başakşehir” öz meydanında “Hatayspor”u darmadağın edib. Səfərdə “Altay”la qarşılaşan “Qalatasaray” isə minimal hesablı qələbəyə sevinib.
Türkiyə Super Liqası
34-cü tur
24 aprel
Yeni Malatyaspor – Konyaspor 2:3
Qollar: Tette, 47. Dikko, 63 – Bardakçı, 7. Koka, 37. Şkubiç, 59.
Başakşehir – Hatayspor 3:0
Qollar: Türüç, 65; 88. Təkdəmir, 77.
Altay – Qalatasaray 0:1
Qol: Aktürkoğlu, 8.
Antalyaspor – Kayserispor 1:1
Qollar: Rayt, 56 – Attamah, 52.
23 aprel
Fatih Karagümrük – Girəsunspor 2:1
Qollar: Peşiç, 52-pen. Durmaz, 65 – Çikinyo, 48.
Qaziantep – Göztəpə 1:1
Qollar: Fiqeyredo, 90+6 – Yahoviç, 90+2.
Adana Dəmirspor – Trabzonspor 1:3
Qollar: Varqas, 75 – Peres, 7. Kornelius, 12. Djanini, 61.
22 aprel
Rizəspor – Fənərbağça 0:6
Qollar: Rossi, 9. Dursun, 45+3; 45+9-pen.; 51. Valensiya, 65. Sanqare, 76.
25 aprel
21:30 Beşiktaş – Kasımpaşa
21:30 Sivasspor – Alanyaspor
Fanat.Az
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir