Futbol üzrə Region Liqası oyununun son dəqiqələrində dava düşüb.
"İki sahil" xəbər verir ki, "Cəbrayıl" və "Energetik" arasında keçirilən 1/4 final mərhələsinin cavab matçında qonaq komandanın oyunçuları hakimlər briqadasının etiraz əlmaəti olaraq onlara hücum çəkiblər.
İnsidentin böyüdüyünü görən referi görüşü dayandırıb və qarşılaşma yarımçıq qalıb.
Qeyd edək ki, Mingəçevirdəki ilk matçda "Cəbrayıl" 2:1 hesablı qələbə qazanıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir