Azərbaycanın bədii gimnastları Arzu Cəlilova və Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda ilk final çıxışlarını yerinə yetiriblər.
“İki sahil” xəbər verir ki, hər iki idmançı halqa ilə hərəkətlərdə məharətlərini nümayiş etdiriblər.
Hakimlərdən 29.800 xal alan Cəlilova 4-cü yeri tutub. 29.350 xal toplayan Ağamirova isə 6-cı olub.
Qeyd edək ki, bu gün Arzu Cəlilova, həmçinin, top və lentlə, Zöhrə Ağamirova isə gürzlə hərəkətlərdə medal qazanmağa çalışacaq.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir