24 aprel 2022 01:16
1093

Bundesliqa: "Bayern Münhen" çempionluğu təmin etdi 

Almaniya Bundesliqasında 31-ci turun görüşləri davam edir.

Turun ikinci oyun günündə 6 qarşılaşma keçirilib.

Turun mərkəzi oyunu lider “Bayern Münhen” ilə 2-ci pillədə qərarlaşan Dortmund “Borussiya”sı arasında keçirilib. Rəqibini 3:1 hesabı ilə məğlub edən  Münhenlilər mövsümün başa çatmasına 3 tur qalmış çempionluğu təmin edib. Bununla da, “Bayern Münhen”in ardıcıl 10-cu, ümumilikdə isə 32-ci dəfə Almaniya çempionluğunu bayram edib.

Almaniya Bundesliqası

31-ci tur

23 aprel

Ayntraxt – Hoffenhaym 2:2
Qollar: Ndikka, 32. Kamada, 66 – Ndikka, 12-öz qapısına. Rutter, 78.

Qroyter 1–4 Bayer Leverkuzen
Qollar: Villems, 5 – Şik, 8. Azmun, 18. Paulinyo, 58. Palasios, 84.

Köln 3–1 Arminiya
Qollar: Ut, 3. Modeste, 43. Tilmann, 86 – Hubers, 33-öz qapısına.

Layptsiq 1–2 Yunion
Qollar: Poulsen, 46 – Miçel, 86. Behrens, 89.

Frayburq 3–3 Borussiya M.
Qollar: Qrifo, 49. Gunter, 61. Linhart, 80 – Bensebaini, 3. Embolo, 13. Ştindl, 90+3.

Bayern Münhen 3–1 Borussiya D.
Qollar: Qnabri, 15. Levandovski, 34. Musiala, 83 – E.Can, 52.

24 aprel

17:30 Bohum – Auqsburq
19:30 Herta – Ştutqart

22 aprel

Volfsburq 5–0 Maynts
Qollar: Vind, 8; 42. Kruse, 24; 35; 45+2.

Fanat.Az