Qadın futbolu tarixində azarkeş sayına görə yeni rekord müəyyənləşib.
Bu, Çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona"nın "Volfsburq"la matçında qeydə alınıb. “Kamp Nou” stadionundakı görüşü 91 648 nəfər izləyib. Belə nəticə qadın futbolu üçün rekord göstəricidir. Bu barədə İspaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Daha əvvəlki rekord da "Barselonaa"ya məxsus idi. 2022-ci ilin mart ayında "Real"la "El-Klassiko"nu 91.553 nəfər azarkeş izləyib.
Qeyd edək ki, "Barselona" "Volfsburq"a 5:1 hesabı ilə qalib gəlib.
Qol.az
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir