Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeyə yeni müqavilə təklif edib.
“İki sahil” xəbər verir ki, 24 yaşlı hücumçu 50 milyon avro maaşla Paris təmsilçisinin ən yüksək ödənişli oyunçusu ola bilər.
Mbappe hələlik gələcəyi ilə bağlı qərar verməyib və klubun təklifini nəzərdən keçirir.
PSJ həmçinin imic hüquqlarının hamısını forvarda verməyə razılaşıb, oyunçunu heyətinə qatmaq istəyən İspaniya "Real Madrid"i isə bunun yarısını təklif edir.
Qeyd edək ki, Kilian Mbappe cari mövsüm bütün turnirlərdə 41 oyuna çıxıb, 33 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir