Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunun birinci günü çərçivəsində qrup hərəkətləri üzrə Azərbaycan komandası beş halqa ilə proqramın finalına yüksəlib.
“İki sahil” xəbər verir ki, təlimi Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Daria Sorokinadan ibarət komanda təqdim edib. Bu məşqə görə komanda hakimlərdən 33.050 xal alaraq ikinci yeri tutmuşdur.
İtaliya (33.250 xal), İsrail (32.750 xal), Yaponiya (30.200 xal), Almaniya (29.500 xal), Özbəkistan (28.950 xal), Finlandiya (27.300 xal) və Gürcüstanı (26.900 xal) təmsil edən komandalar da finala vəsiqə qazanıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir