22 aprel 2022 18:33
618

Poçettino: Mbappeni özümlə evə aparacağam

PSJ-nin baş məşqçisi Maurisio Poçettino futbolçusu Kilian Mbappenin komandada qalmasını istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə mütəxəssis özü açıqlama verib. O deyib: “Mbappenin gedişi barədə şayiələr məni narahat etmir. Bu vəziyyət bütün klublarda olur. Məşqçi belə şeylərə alışmalıdır. Mən şəxsən Mbappenin hər zaman yanımda olmasını istəyirəm. Hətta tətildə onu özümlə evə aparacağam. Təbii ki, mən də daxil olmaqla, hamı Kilianın PSJ-də qalmasını istəyir. Lakin bu qərarlar həmişə oyunçu, klub tərəfindən birgə qəbul edilir”.

Qeyd edək ki, Mbappenin Paris təmsilçisi ilə hazırkı sözləşməsi bu mövsümün sonuna qədərdir.