Mövsümün sonunda "Mançester Yunayted"in baş məşqçisi təyin olunacaq "Ayaks"ın çalışdırıcısı Erik ten Haqın əvəzləyicisi müəyyənləşib.
"İki sahil" "Sky Germany"yə istinadən xəbər verir ki, Amsterdam təmsilçisini hazırda Belçika "Brügge"sinin baş məşqçisi olan Alfred Şreder çalışdıracaq.
49 yaşlı niderlandlı mütəxəssis bu vəzifəyə ən real namizəd hesab olunur.
Qeyd edək ki, Alfred Şreder bu ilin yanvarından Belçika komandasına rəhbərlik edir. O, "Tvente" və "Hoffenhaym"ı da çalışdırıb. Həmçinin Şreder "Ayaks" və "Barselona"da köməkçi məşqçi kimi də işləyib.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir