22 aprel 2022 21:59
729

Azərbaycan-Qırqğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb

Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq Müqaviləsinin 25 illiyi və ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana bu günlərdə baş tutan rəsmi səfəri çərçivəsində keçirilən həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri, iki ölkə arasında kı münasibətləri intensivləşdirmək əzmində olunduğu bir daha nümayiş olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 20-də mətbuata bəyənatlarla çıxış ediblər.

Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Azərbaycan və Qərğızıstan dost, qardaş dövətdir: “ Bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. On sənəd imzalanıb, mən onların arasında ikisini-Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni  və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlıq kökləyir. Biz Dövətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional  və beynəlxalq problemləri daha effektli və fəal surətdə müntəzəm müzakirə edəcəyik”

Cənab Prezidentin mətbuata bəyənatında  beynəlxalq təşkilatlarda iki ölkənin daima bir-birini dəsdəklədiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, Qırğızıstan və Azərbaycan Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təçkilatı, ECO çərçivəsində həmişə bir-birini dəsdəkləyir.

Qırğız  Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatında iki ölkə arasında imzalanan sənədlərin əhəmiyyətindən danışarkən  qeyd etdi ki, Qırğızıstan ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmışdır. Müvafiq Bəyannamə imzalandı. Bu tarixi xarakterli mühüm  bir sənəddir və bu səviyyəyə, bizim münasibətlərimizin inkişafında yeni mərhələyə hər iki tərəfin səyləri sayəsində çatmışıq.

Azərbaycan və Qırğızıstan prezidentlərini mətbuata bəyənatları, səfər çərçivəsində imzalanmış sənədlər, xüsusən də ən əsas sənəd olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə göstərir ki, Azərbaycan- Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb, ölkələr arasında  qardaşlıq və dostluq əlaqələri bundan sonra daha möhkəmlənəcək.

Rauf Əliyev,
Milli Məclisin deputatı