“Qalatasaray”da prezident seçkisi ilə bağlı yeni qərar qəbul olunub.
“İki sahil” xəbər verir ki, Asliye Hüquq Məhkəməsi klubun etirazından sonra ləğv edilən seçkilərin keçirilməsini qərara alıb.
“Sarı-qırmızılılar”ın konqresində baş tutacaq seçki ilə bağlı ehtiyat tədbiri qərarı qüvvədən düşüb. Bu isə o deməkdir ki, İstanbul təmsilçisi öncədən planlaşdırıldığı kimi, aprelin 30-da yeni prezidentini müəyyən edə biləcək.
Qeyd edək ki, hazırda “Qalatasaray”a Burak Elmas rəhbərlik edir.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir