"Liverpul" heyətinə yeni futbolçu cəlb edib.
"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Şotlandiya "Seltik"indən 16 yaşlı yarımmüdafiəçi Ben Doakla anlaşıb. Onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb. "Qırmızılar" bu keçid üçün qarşı tərəfə 600 min fint-sterlinq ödəyəcək.
Qeyd edək ki, Ben Doak "Seltik"in əsas komandasında 2 matçda meydana çıxıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir