Superağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson təyyarədə sərnişini döyüb.
“İki sahil” xəbər verir ki, hadisə San-Fransiskodan Floridaya uçuşdan əvvəl baş verib.
Arxa oturacaqdakı sərxoş sərnişin dəfələrlə Taysona söz atıb. 55 yaşlı idmançı həmin şəxsə bir neçə dəfə xəbərdarlıq etsə də, bunun faydası olmayıb. Nəticədə "Dəmir Mayk" sərnişinin sifətinə yumruq zərbələri endirib.
Sərxoş sərnişin üzündən xəsarət alıb. Tayson isə təyyarədən uzaqlaşdırılıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir