Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu baş məşqçisi Jelko Kopiçlə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Mütəxəssis klubun saytına açıqlamasında rəhbərliyə, oyunçulara və bütün işçilərinə təşəkkür edib.
"Dinamo" isə ona işlərində uğurlar arzulayıb.
Qeyd edək ki. J. Kopiç 2021-ci ilin dekabrından "Dinamo"nu çalışdırırdı. Komanda dünən 9-cu turda təxirə salınmış oyunda "Hayduk"a 0:1 hesabı ilə uduzub. "Dinamo" turnir cədvəlində hazırda 66 xalla 1-cidir.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir