21 aprel 2022 14:32
737

VAR provayderi Rusiyadakı fəaliyyətini dayandıra bilər

VAR texnologiyasının provayderi “Hawk-Eye Innovations Ltd” Rusiyadakı fəaliyyətini dayandıra bilər.

“İki sahil” xəbər verir ki, “Sony” tərəfindən yaradılan Böyük Britaniya şirkəti Rusiya Futbol İttifaqı ilə əməkdaşlığa son qoymaq qərarına gəlib.

Şimallılar ya yeni provayder axtarmalı, ya da VAR-sız keçinməli olacaq. “Hawk-Eye Innovations Ltd” FİFA, UEFA və əksər Avropa liqaları ilə əməkdaşlıq edir.

Qeyd edək ki, ümumilikdə 5 şirkət FİFA sertifikatına malikdir. Bunlar “Hawk-Eye Innovations”dan başqa Belçika, Honkonq və iki ABŞ şirkətidir.