“Mançester Yunayted” rəhbərliyi futbolçulara "Ayaks"ın çalışdırıcısı Erik ten Haqın kluba baş məşqçi təyin olunması barədə məlumat verib.
“İki sahil” xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Bildirilib ki, klub niderlandlı mütəxəssisin təyinatı ilə bağlı İngiltərə Premyer Liqasının 34-cü turunun “Arsenal”la aprelin 23-də keçiriləcək oyundan sonra rəsmi açıqlama yayacaq.
Qeyd edək ki, “qırmızı şeytanlar”ı hazırda Ralf Ranqnik çalışdırır. 63 yaşlı mütəxəssis 2021-ci il dekabrın 3-dən komandaya rəhbərlik edir.
Xatırladaq ki, 33 oyundan sonra "Mançester Yunayted" Premyer Liqanın turnir cədvəlində 54 xalla 6-cı yerdədir.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir