"Real"ın hücumçusu Kərim Benzema La Liqanın 33-cü turunda "Osasuna" ilə oyunda (3:1) iki penaltini qola çevirə bilməyib.
"İki sahil" İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu son 16 ildə La Liqanın bir oyununda iki penaltidən yararlana bilməyən ilk futbolçu olub. 2006-cı ilin aprelində bu vəziyyətlə "Espanyol"un keçmiş hücumçusu Raul Tamudon "Betis"lə oyunda (2:0) üzləşmişdi.
Qeyd edək ki, 52-ci dəqiqədə K. Benzemanın penaltidən qol vurmaq imkanı olsa da, onun zərbəsini qapıçı Serxio Herrera dəf edib. 7 dəqiqə sonra Benzema yenidən penaltini yerinə yetirib və bu dəfə də Herrera komandasını xilas edib.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir