21 aprel 2022 11:45
737

Mbappe İbrahimoviçə çatdı

Liqa 1-in 33-cü turunda "Anje" ilə matç PSJ-nin futbolçusu Kilian Mbappe üçün əlamətdar olub. 

"İki sahil" "Gracenote"yə istinadən xəbər verir ki, 23 yaşlı hücumçu sözügedən görüşdə (3:0) fərqlənib. Bununla da Mbappe yerli çempionatda vurduğu qolların sayını 113-ə yüksəldib. Belə nəticə ilə o, Paris təmsilçisinin heyətində Zlatan İbrahimoviçlə birgə Liqa 1-də ən çox qol vuran 2-ci futbolçu olub. 

Mbappe buna 137 matçda, Zlatan isə 122 oyunda çatıb. 

PSJ-nin Fransa çempionatında ən çox qol vuran futbolçusu isə Edinson Kavanidir - 138.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır. İbrahimoviç isə 2012-2016-cı illərdə bu klubun formasını geyinib. O, hazırda "Milan"da çıxış edir.