İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba karyerasını Fransada davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi PSJ ilə müqavilə şərtlərini razılaşdırıb.
İddiaya görə, fransalı oyunçu ilə 4 illik müqavilə imzalanacaq. Poqba Paris təmsilçisinə azad agent kimi keçəcək.
Qeyd edək ki, Pol Poqba cari mövsüm 25 oyunda 1 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızı şeytanlar"la müqaviləsi iyunun 30-da başa çatacaq.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir