20 aprel 2022 17:25
689

Mahir Emreli sevgilisindən danışdı

Zaqreb “Dinamo” klubunda çıxış edən Azərbaycan yığmasının hücumçusu Mahir Emreli ilk dəfə sevgilisindən danışıb.

“İki sahil” xəbər verir ki, futbolçu Xorvatiya mətbuatına açıqlamasında “Zaqrebdə kimlə yaşayırsınız” sualını belə cavablayıb:

“Sevgilim var. Hazırda Zaqrebdədir. Həmçinin qardaşım da buradadır. Yaxın günlərdə anamla bacım da yanıma gələcək. Düzü, şəhərə çox çıxmıram, vaxtımın çoxunu evdə keçirirəm. Hər şey yaxındadır. Zaqrebi çox sevirəm. Bu şəhər mənim üçün uyğundur. Böyük şəhərləri sevmirəm. Zaqreb isə mənə Bakını xatırladır. Çünki burada bir yerdən digər yerə tez getmək mümkündür”. 

Qeyd edək ki, bir müddət əvvəl Emreli instaqram hesabında gənc xanımla fotosunu paylaşaraq ürək işarəsi qoymuşdu. Şəkil sosial media izləyicilərinin marağına səbəb olmuşdu.