Ötən gün yenidən xəstəxanaya yerləşdirilən əfsanəvi braziliyalı hücumçu Pelenin son durumuna aydınlıq gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə ge.globo məlumat yayıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilib. Pelenin yaxın bir neçə gün ərzində xəstəxanadan evə buraxılacağı gözlənilir.
Qeyd edək ki, Peleyə 2021-ci ilin sentyabrında kolon şişinin olması barədə diaqnoz qoyulub. O, müalicəni davam etdirmək üçün xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, bu ilin martında Pele infeksiyaya görə müalicə olunduqdan sonra xəstəxanadan buraxılmışdı.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir