Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
"İki sahil" xəbər verir ki, ilk olaraq "Qəbələ" doğma meydanda "Qarabağ"la qarşılaşacaq. "Zirə" isə "Neftçi"ni qəbul edəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri aprelin 29-u keçiriləcək.
Azərbaycan kuboku
1/2 final
20 aprel (çərşənbə)
17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu
20:00. “Zirə” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir