Futbol üzrə üçqat dünya çempionu Pele yenidən xəstəxanaya yerləşdirilib.
“İki sahil” xəbər verir ki, 81 yaşlı braziliyalı əvvəllər kimyaterapiya seanslarından keçdiyi San-Pauludakı Albert Eynşteyn klinikasındadır.
Bildirilir ki, Pele həkimlərin nəzarəti altındadır və onun həyatına heç bir təhlükə yoxdur.
Sabiq futbolçu reanimasiyada deyil.
Qeyd edək ki, 2021-ci ilin sentyabrında Pele yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat olunub. Hazırda keçmiş futbolçunun bağırsaq, qaraciyər və həmçinin ağciyərində şişlər var.
Xatırladaq ki, Pele yeganə üçqat dünya çempionudur (1958, 1962, 1970). O, Braziliya millisində 92 oyun keçirib və 77 qol vurub. Forvard Braziliyanın Santos (1956-1974) və Amerikanın Nyu York Kosmos (1975-1977) komandalarında çıxış edib. O, karyerasında 1279 qolun müəllifi kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir