19 aprel 2022 19:45
1010

Yaponiya səfiri Milli Gimnastika Arenasında olub

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada Milli Gimnastika Arenasında qonaq olub.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, o, Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edəcək Yaponiya milli komandasının üzvləri ilə görüşüb, onlarla söhbət edib.

Görüşün sonunda səfir komanda ilə birgə xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Dünya Kuboku 22 - 24 apreldə təşkil olunacaq.