"Bavariya" daha bir futbolçusu ilə bağlı qərar verib.
"İki sahil" "Sky Sport Deutschland"a istinadən xəbər verir ki, Münhen təmsilçisi qapıçısı Manuel Noyerlə yeni müqavilə imzalamaq qərarına gəlib. Bununla bağlı tərəflər arasında razılıq əldə olunub. Razılığa əsasən, 36 yaşlı qolkiperlə 2023-cü ilin yayı başa çatacaq müqavilənin müddəti daha 2 il uzadılacaq.
Qeyd edək ki, Noyer 2011-ci ildən "Bavariya"da oynayır.
Xatırladaq ki, Münhen təmsilçisi bundan əvvəl Tomas Müllerlə müqavilənin 2025-ci ilin yayına kimi uzatmaqla bağlı razılığa gəlib.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir