Milli komandamızın futbolçusu Namik Ələsgərovun komandası “Bursaspor” bu gün növbəti oyununu keçirəcək.
“İki sahil” xəbər verir ki, Türkiyə 1-ci liqasında yarışan Bursa təmsilçisi “Gənclərbirliyi”ni qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlanacaq və “TRT Spor” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Bursa mediası Namikin bu görüşdə də start heyətdə yer alacağını yazır. Həmçinin qeyd edilib ki, Ələsgərov əvvəlki matçlarda 3 sarı vərəqə aldığından cəzalı duruma yaxındır və ehtiyatlı oynamalıdır.
Qeyd edək ki, “Bursaspor” təmsilçisi 30 oyundan 31 xalla turnir cədvəlinin 18-ci pilləsində (19 komanda arasında) qərarlaşıb. Təhlükəli zonadan çıxmaq üçün Bursa təmsilçisinə qələbə vacibdir.
Xatırladaq ki, N.Ələsgərov bu mövsüm “Bursaspor”la meydana çıxdığı 27 oyunda 5 qol vurub və 6 qolun ötürməsini edib.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir