"Qranada"nın yeni baş məşqçisi müəyyənləşib.
"İki sahil" klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Aytor Karanka təyin olunub.
48 yaşlı mütəxəssisin son iş yeri "Birmingem" (İngiltərə )olub. O, 2010-2013-cü illərdə "Real"da Joze Mourinyonun köməkçisi vəzifəsində işləyib.
Xatırladaq ki, "Qranada" La Liqada 29 xalla 20 komanda arasında 17-ci pillədə qərarlaşıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir