PSJ yay transfer pəncərəsində hücumçu Lionel Messi istisna olmaqla, bütün argentinalı futbolçularla yollarını ayırmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Bildirilib ki, Paris təmsilçisi Anxel Di Mariyanın bu mövsümün sonu başa çatacaq müqaviləsini yeniləməyəcək. Leandro Paredes və Mauro İkardi isə İtaliya A seriyası klublarının maraq dairəsindədir.
Qeyd edək ki, Di Mariya 2015-ci ilin yayından, Paredes 2019-cu ilin qışından, İkardi 2019-cu ilin yayından PSJ-də oynayır.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir