18 aprel 2022 23:47
1351

Kamerunlu futbolçu ilə ailə quran azərbaycanlı ana oldu - FOTO

"Keşlə" futbol klubunun keçmiş kamerunlu oyunçusu Anatole Abanq azərbaycanlı xanımı Adelya Hacıyeva yenə gündəmə gəlib.

“İki sahil” xəbər verir ki, cütlük bu dəfə yeni doğulan övladı ilə obyektiv qarşısına keçib. Onların fotolarını fotoqraf Zeynal Məmmədli paylaşıb.

Qeyd edək ki, Anatole və Adelya ötən ilin iyulunda baş tutan toyları ilə gündəmə gəlmişdi. Futbolçu ötən ilin dekabrında "Keşlə" ilə yollarını ayırıb. O, hazırda Birləşmiş Ərəb Əmirliyində yaşayır.