Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) yeni sədri bəlli olub.
“İki sahil” TFF-nin rəsmi saytına istinadla xəbər verir ki, bu vəzifəyə Sabri Çelik təyin edilib.
O, ötən ilin oktyabrında istefaya göndərilən Serdar Tatlını əvəzləyib.
Muhittin Boşat, Murat Ilqaz, Erol Ersoy, Orhan Erdemir, İsmet Arzuman, Hikmet Öksüzoğlu, İbrahim Çınar və Dursun Cumali Sucu isə MHK-ya üzv seçiliblər.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir