18 aprel 2022 17:03
667

Şəhidin xatirəsinə həsr olunmuş futbol turniri

44 günlük Vətən müharibəsinin şəhid qəhrəmanı İbrahimov Atiq Ariz oğlunun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.

“İki sahil” xəbər verir ki, turnir Mingəçevir şəhər stadionunda baş tutub.

Region liqasının kubokunun 1/4 finalında “Energetik” F.K. (Mingəçevir) və “Cəbrayıl” F.K. (Cəbrayıl) qarşılaşıb.

“Energetik” F.K. futbolçuları meydançaya şəhidin üstündə şəkili əks olunan köynəklərdə çıxıblar. 

Oyun başlamadan A.İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

1:2 hesabı ilə başa çatan oyunda qonaqlar qələbə qazanıblar.

Növbəti qarşılaşma Sumqayıtda olacaq.