“Barselona”nın azarkeşləri Avropa Liqasının 1/4 finalında “Ayntraxt”la ev oyunda baş verən hadisələrə görə “Kadis”lə matçı boykot ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. "Kamp Nou"da keçirilən görüşdə Frankfurt təmsilçisinin 30 mindən çox azarkeşi iştirak edib. "Barselona"nın aktiv azarkeşləri isə buna etiraz əlaməti olaraq La Liqada "Kadis"lə bugünkü matça getməyəcəklərini açıqlayıblar.
Qeyd edək ki, "Barselona" ilk matçda "Ayntraxt"la 1:1 hesablı heç-heçə edib. Cavab görüşündə Kataloniya klubu 2:3 hesabı ilə uduzub və nəticədə turnirdə mübarizəni dayandırıb. Həmin oyundu tribunadan Almaniya təmsilçisinin 30 min azarkeşi izləyib.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir