18 aprel 2022 16:21
494

Benzema möhtəşəmliyi

“Real”ın hücumçusu Kərim Benzema bu mövsüm yüksək səviyyəli oyunu ilə diqqət çəkir.

“İki sahil” xəbər verir ki, fransalı futbolçu son olaraq dünən La Liqanın “Sevilya”ya qarşı matçının (3:2) 90+2-ci dəqiqəsində komandasının qələbə qolunu vurub. Bununla da 34 yaşlı oyunçu bu mövsüm rəqib qapılarından keçiridiyi qolları sayını 39-a çatdırıb. Maraqlıdır ki, o, bütün qolları 39 oyunda vurub (orta hesabla hər oyuna 1 qol).

Benzema La Liqada 25, Çempionlar Liqasında 12, İspaniya superkubokunda isə 2 dəfə fərqlənib. Bundan başqa, o, bu turnirlərdə 13 qolun ötürməsini edib.