Aprelin 20-də Azərbaycan kubokunun yarımfinalının ilk oyunları keçiriləcək. “Qəbələ” “Qarabağ”ı, “Zirə” isə “Neftçi”ni qəbul edəcək.
“İki sahil” xəbər verir ki, klubların mətbuat xidmətindən komandadakı son durum haqqında məlumat verilib.
“Qəbələ”
Bir müddətdir zədədən əziyyət çəkən yarımmüdafiəçilər Yaovi Akakpo və Gülağa Əsədov bu görüşdə də “Qəbələ”yə kömək edə bilməyəcək. İspaniyalı yarımmüdafiəçi Fernan Lopes isə bu gündən komanda ilə məşqlərə başlayacaq. “Qəbələ”də cəzalı futbolçu yoxdur.
“Qarabağ”
“Qarabağ”da da cəzalı oyunçu yoxdur. “Qəbələ” ilə matça yalnız bərpa prosesində olan ispaniyalı yarımmüdafiəçi Xayme Romero hazır deyil.
“Neftçi”
“Neftçi”də millimizin üzvü Eddi İsrafilov cəzalı durumda olduğundan komandasına kömək edə bilməyəcək. Komandada mikrozədəlilər də var. Ancaq onların durumuna sabah aydınlıq gələcək.
“Zirə”
“Zirə”də cəzalı futbolçu yoxdur. Uzun müddətdir zədəli olan braziliyalı hücumçu Filipe Paxtmandan başqa, Rahil Məmmədovun da “Neftçi” ilə oyunda iştirakı sual altındadır. Müdafiəçi zədəlidir.
Qeyd edək ki, komandalar arasında cavab matçı aprelin 29-da keçiriləcək.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir