"Mançester Yunayted"in müdafiəçisi Viktor Lindelef Kriştiano Ronaldonun İngiltərə Premyer Liqasının 33-cü turunun "Norviç Siti"yə görüşdə (3:2) het-trik etməsini şərh edib.
"İki sahil" “Mirror”a istinadən xəbər verir ki, o, 37 yaşlı Kriştiano Ronaldonun qol vurması barədə danışarkən deyib: "Bu, heyrətamiz faktdır. Onun qol vurmağa davam etməsi inanılmazdır. Hər gün məşqdə Ronaldonun öz üzərində necə çalışdığını, bədəninin qayğısına necə qaldığını görürük. Onun mentaliteti inanılmazdır. Daha nə deyəcəyimi bilmirəm”.
Xatırladaq ki, Ronaldo bu mövsüm "Mançester Yunayted"də 35 oyuna 21 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir