"Barselona"nın futbolçusu Samuel Umtiti qalmaqalla gündəmə gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə "La Gazette dello Sport" məlumat yayıb. Futbolçu məşqdən sonra klubun bazasından ayrılmaq istəyərkən qəflətən azarkeşlər izdihamı ilə qarşılaşıb. Umtiti həmin an "Ferrari" markalı avtomobilinin pəncərəsindən avtoqraf verməyə başlayıb. Fransız bununla məşğul olarkən bir uşaq maşının sərnişin qapısının pəncərəsini döyərək onun diqqətini cəlb etməyə çalışıb. Bu, müdafiəçini ciddi qəzəbləndirib. O, oğlana sakit olmağı və maşınına toxunmağa cəsarət etməməyi deyib. "Maşına toxunma, mən səni onsuz da görə bilərəm" deyə oyunçu əsəbi halda qışqırıb.
Bu hadisədən sonra futbolçu idman kompleksini tərk edib. O, həmin uşağa avtoqraf verməyib.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir