18 aprel 2022 02:07
939

Benzema "Real"a qələbə qazandırdı

İspaniya La Liqasının 32-ci turunda Madrid "Real"ı "Sevilya"nın qonağı olub.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 21-ci qədiqəsində "Sevilya"nın futbolçusu Rakitiç hesabı açıb. 25-ci dəqiqədə isə Lamela fərqlənərək ev sahiblərinin üstünlüyünü 2 topa çatdırıb - 2-0. 

Matçın 50-ci dəqiqəsində "Real"ın futbolçusu Rodriqo hesab arasındakı fərqi azaldıb - 2-1. 83-cü dəqiqədə toru silkələyən Naço qonaqların bərabərlik qolunu vurub - 2-2. Görüşün 90+2-ci dəqiqəsində isə Benzema madridlilərin qələbə qolunun müəllifi olub 2-3.

"Sevilya" 2-3 "Real"

Qollar: Rakitiç, 21 (1:0), Lamela, 25 (2:0), Rodriqo, 50 (2:1), Naço, 83 (2:2), Benzema, 90+2 (2:3)