İtaliya A seriyasının 33-cü turunda "Bolonya" ilə qarşılaşmanın 90+5-ci dəqiqəsində "Yuventus"a qələbə qazandıran Duşan Vlahoviç klubun tarixinə düşüb.
Oyunda yeganə qolun müəllifi olan serbiyalı hücumçu A seriyasında qollarının sayını 50-yə çatdırıb. 22 yaşlı forvard çempionatda bu qol sayına ən erkən çatan 2-ci legioner olub. O, bu uğura 22 yaş 78 günlüyündə çatıb.
Bu göstəricidə mütləq rekordçu "Milan"ın sabiq futbolçusu Aleşandre Patodur. O, 21 yaş 220 günlüyündə A seiryasında 50 qol vurmuşdu.
Qol.az
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir