"Bavariya"nın hücumçusu Robert Levandovski komandanın baş məşqçisi Yulian Naqelsmannın seçdiyi iş üsulları və matçlar üçün taktikadan razı deyil
"İki sahil" xəbər verir ki, komandanın iki aparıcı oyunçusu məşqçinin ideyalarına qarşıdır. Onlardan biri də Levandovskidir.
Bildirilir ki, polşalı hücumçu mütəmadi olaraq Naqelsmanın seçdiyi taktikanı, eləcə də məşqdə verdiyi çətin tapşırıqları tənqid edir.
Qeyd edək ki, "Bavariya" 69 xalla Almaniya Bundesliqasının cədvəlinə başçılıq edir. Çempionlar Liqasında Münhen klubu İspaniyanın "Vilyarreal" klubuna ümumilikdə 1:2 hesabı ilə uduzaraq 1/4 final mərhələsində mübarizədən kənarlaşdırılıb.
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir