16 aprel 2022 22:40
685

“Sabah”ın futbolçusu "Neftçi"nin qələbə qolunu vurdu

"Neftçi"nin qələbə qolunu “Sabah”ın futbolçusu vurdu

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü turuna yekun vurulub.

“İki sahil” xəbər verir ki, "Neftçi" “Bakcell Arena”da "Sabah"ı qəbul edib.

Matçın 5-ci dəqiqəsində “Sabah”ın futbolçusu Bəxtiyar Həsənalızadə topu öz qapısından keçirib – 1-0.

Oyunda əlavə qol vurulmayıb.

Azərbaycan Premyer Liqası

23-cü tur

16 aprel (şənbə)

20:30. “Neftçi” 1–0 “Sabah”

Qol: Bəxtiyar Həsənalızadə, 5-avtoqol

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Müslüm Əliyev, Tural Qurbanov

“Bakcell Arena”