16 aprel 2022 20:35
834

“Zirə” “Səbail”ə qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "Zirə" "Səbail"i qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 32-ci  dəqiqəsində “Zirə”nin futbolçusu Hamidu Keyta hesabı açıb – 1-0. 34-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən H.Keyta özünün və komandasının 2-ci qolunu vurub.

Qarşılaşmanın 90+4-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirən “Səbail”ın futbolçusu Raysel buraxılan qollardan birinin əvəzini çıxa bilib – 2-1. Matç bu hesabla da başa çatdıb

Azərbaycan Premyer Liqası

32-ci tur

16 aprel (şənbə)

 

18:15. “Zirə” 2–1 “Səbail”

Qollar: Hamidu Keyta, 32 (1:0), 34-pen (2:0), Raysel, 90+4-pen (2:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev

Zirə İdman Kompleksinin stadionu